
Bakı. Trend:
Argentina ABŞ-dən aldığı 4 ədəd “Stryker” zirehli personal
daşıcısını təhvil alıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-nin Argentinadakı səfirliyinin bəyanatına görə, bu tədarük
Argentina ordusunun hərbi imkanlarının modernləşdirilməsi və
Vaşinqtonla hərbi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində
atılmış vacib addım olub.
Argentina ümumilikdə 8 ədəd zirehli personal daşıyıcısı alıb.
Sonuncu partiyanın ölkəyə dekabrın 8-də çatdırılacağı
bildirilir.
Hərbi texnikanın tədarükü, ehtiyat avadanlıqlarının təchizatı,
şəxsi heyətin təkili və texniki dəstək daxil olmaqla ümumi paketin
məbləği 20 milyon dollar təşkil edir.

