
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı – “Paysis”
MMC-nin fəaliyyətini dayandırıb.
Trend bu barədə
Mərkəzi Banka istinadən xəbər verir.
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından
istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli
qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə
təqsirləndirilən şəxslərlə yanaşı “Paysis” MMC və onun rəhbəri
barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat
başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilmişdir.
Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə
minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan
Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis”
MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş
xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri
qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə
göstəriş verilib”, – məlumatda vurğulanıb.

