
Bakı. Trend:
ABŞ-nin Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz
Akademiyası ötən həftə dəniz daşımaları və mühəndislik sahələrində
əməkdaşlıq məsələlərini müzakirə edib.
Trend xəbər
verir ki, bu barədə səfirliyin “X” platformasındakı paylaşımında
qeyd olunub.
“Ötən həftə ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai Diplomatiya
Şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi ilə
görüşərək dəniz daşımacılığı və mühəndislik sahəsində ABŞ
təcrübəsinin Fulbright proqramları, American Spaces guşələri,
ingilis dili təlimləri və ABŞ universitetləri ilə əməkdaşlıq
vasitəsilə paylaşılması, həmçinin bunun ikitərəfli münasibətlərin
inkişafına töhfə verməsi mövzusunda müzakirələr aparıb”, –
paylaşımda vurğulanıb.

