Mənzil siyasəti bazar çərçivəsindən kənara çıxmalıdır – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı. Trend:

Mənzil siyasəti bazar çərçivəsindən kənara çıxmalıdır.

Trend xəbər verir
ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax Bakıda
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mexiko
şəhər pavilyonunun açılışda bildirib.

O, mənzil siyasətinə və şəhər inkişafına yanaşmaların yenidən
nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, mövcud mərhələ şəhərlərin bazar məntiqindən
vətəndaş hüquqlarına və sosial inklüzivliyə yönəlmiş modelə
keçidini tələb edir.




“Dəyişiklik anı çatıb: mənzil yalnız bazar çərçivəsində deyil,
həm də öz vətəndaşlarına hörmət edən, inklüziv, dayanıqlı və
sakinlərinin hüquqlarını qoruyan şəhərlərin maraqlarına xidmət
etməlidir. Dəyişiklik məhz budur”, – deyə Anaklaudiya Rossbax qeyd
edib.

O, həmçinin BMT çərçivəsində əməkdaşlıq dəyərlərinin və
beynəlxalq koalisiya işinin əhəmiyyətini vurğulayıb.

“Bizə millətlərin ruhu, kollektivlik ruhu, koalisiyalar qurmaq
bacarığı və bu gün qarşılaşdığımız problemin dünyanın hər yerində –
həm cənubda, həm də şimalda hamımıza aid olduğunu anlamaq lazımdır.
Biz yalnız “pazl”ın bütün parçalarını birləşdirəndən sonra bunun
öhdəsindən gələ biləcəyik”, – deyə Anaklaudiya Rossbax əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir