WUF13-də Mexiko pavilyonunun açılışı olub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) çərçivəsində “Urban Expo” zonasında Mexiko şəhər
pavilyonunun açılışı baş tutub.

Trend xəbər verir
ki, mərasimdə yerli və milli hakimiyyət orqanlarının nümayəndələri,
Latın Amerikası və Karib hövzəsi ölkələrinin nümayəndə heyətləri,
həmçinin beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Tədbir regional əməkdaşlığın gücləndirilməsi, eləcə də Mexiko
şəhərinin 2028-ci ildə keçiriləcək WUF14-ə hazırlıq prosesinin
təqdim olunması üçün platforma rolunu oynayır.




Pavilyonda dayanıqlı şəhər inkişafı, ictimai məkanlar, mobillik,
inklüzivlik və insan yönümlü şəhər siyasəti ilə bağlı təşəbbüs və
təcrübələr nümayiş etdirilir. Bununla yanaşı, region ölkələri
arasında dialoq və qabaqcıl təcrübə mübadiləsi təşviq olunur.

Tədbirdə Latın Amerikası şəhərlərinin mənzil təminatı,
bərabərsizlik və iqlim dayanıqlılığı kimi ümumi şəhər
problemlərinin həllində roluna xüsusi diqqət yetirilib, WUF14-ə
gedən yolda regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir