
Bakı. Trend:
12 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf
və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin
memarı, ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli
Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz
xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül
dəstələri qoyublar.
Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

