Basketbol millimiz Avropa çempionatında yarımfinaldadır

İdman

Basketbolun 3×3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarımfinalına çıxıb.

Oxu.Az xəbər verir ki, 3×3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.

B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19:11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16:10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və meydançadan 21:13 hesabı ilə qalib ayrılıb. Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

www.RIA24.az

Spread the love