Alveş “Barsa”nı tərk edir

İdman

Müdafiəçi Dani Alveş “Barselona”nı tərk edir.

Klub nümayəndələri braziliyalıya iyunun 30-dək qüvvədə olan müqaviləni yeniləməyəcəklərini bildiriblər.

Oyunçu üçün prioritet seçim kataloniyalılarla müqavilənin uzadılması idi. O, hətta 2022-ci il dünya çempionatından sonra klubun müqaviləni birtərəfli qaydada ləğv etmək imkanına malik olduğu bir illik müqavilə imzalamağa hazır idi.

Buna baxmayaraq, “Barsa” oyunçunu azad agent kimi buraxmaq qərarına gəlib.

Məlumata görə, müdafiəçinin Avropa klublarından bir neçə təklifi var və onları nəzərdən keçirmək fikrindədir.

Qeyd edək ki, 39 yaşlı futbolçu ötən mövsüm La Liqada 14 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru

www.RIA24.az

Spread the love