Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, artıq oyunlardan biri başa çatıb.
Azərbaycan millisinin yer aldığı qrupda7 xalla ilk pilllədə qərarlaşan Qazaxıstan 6 xala malik qrup ikincisi Slovakiyanı qəbul edib. Liderlərin qarşıdurmasında ev sahibləri üstün olublar – 2:1.
Qeyd edək ki, bu axşam yığmamız da turnir çərçivəsindəki növbəti oyununa çıxacaq. Aktivində cəmi 1 xalı olan millimiz Bakıda 3 oyundan 2 xal toplamış Belarus seçməsilə üz-üzə gələcək.
www.RIA24.az