Bakıda Yeni il münasibətilə bayram atəşfəşanlığı keçirilib

Baş səhifə

Bakı. Trend:

2025-ci il ölkəmizin inkişaf salnaməsində uğurlu səhifələrdən
biri kimi yazıldı. Ötən bir ildə Azərbaycanın beynəlxalq mövqeləri
daha da gücləndi, siyasi, sosial, iqtisadi, mədəni, hərbi və digər
sahələrdə nəzərəçarpan irəliləyişlər əldə edildi.

Trend xəbər verir
ki, beş il əvvəl Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər
siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi
gücü daha da artdı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 24
saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət
suverenliyi tam bərpa edildi. Həmin ilin noyabrında Xankəndidə
Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan
hərbi parad keçirildi.

Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına əldə
olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli
milli sərvətidir. Xalqımız qazanılan tarixi Qələbəni beş ildir
qürur hissi ilə qeyd edir. Əvvəlki illərdə olduğu kimi, yola
saldığımız 2025-ci il də xalqımızın yaddaşında unudulmaz, tarixi
hadisələrlə qalacaq.

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun
olaraq, bu il silsilə tədbirlər keçirildi.




Eləcə də bu il Bakının Azadlıq meydanında Vətən müharibəsində
Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi.
Həmçinin Azərbaycanda III MDB Oyunları təşkil edildi.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli
sürülmüş Milli Məclisin qəbul etdiyi Amnistiya Aktının icrasına
başlanıldı.

Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir,
“Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 60 mindən çox insan
azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Böyük
Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ
və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar.
Bu gün ölkəmizin hər yerində 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı böyük əhval-ruhiyyə ilə qeyd
edilir. Paytaxt Bakımız da bu bayrama xüsusi hazırlaşıb.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib. Bakı Şəhər İcra
Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını
Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər
və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir