Agentlik sədrinə müavinlər təyin edildi

İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinatlar olub. 

Oxu.Az-ın məlumatına görə, Rəvayət Mustafayev agentlik sədrinin birinci müavini təyin olunub. 

O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib. 

Elxan Şiriyev də agentlik sədrinin müavini təyin edilib. 

O, 2012-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini vəzifəsini icra edib. 

Zamir Dibirov agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, “Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb. 

Eyni zamanda, Fuad Məhərrəmov agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov bu təyinata qədər “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, “Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb. 

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir