Ötən həftə 223 partlamamış hərbi sursat zərərsizləşdirilib

Baş səhifə

Bakı.Trend:

Azad olunan ərazilərdə fevralın 2-dən 8-dək 8 tank əleyhinə
mina, 97 piyada əleyhinə mina, 223 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə
Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən
humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumatında deyilir.




Bildirilir ki, 669.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir