Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus VAZ-2106 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın VAZ-2106 markalı avtomobilini qaçırmaları da müəyyən olunub.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.RIA24.az