Goranboyda VAZ-2106 “ovçu”ları saxlanıldılar

Hadisə

Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus VAZ-2106 markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın VAZ-2106 markalı avtomobilini qaçırmaları da müəyyən olunub.

Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir