Azərbaycan-Türkiyə-Gürcüstan formatına yeni ölkə qoşula bilər

Baş səhifə

Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin on birinci üçtərəfli iclası informasiyaya texnologiyalarına qarşı mübarizə ilə bağlı keçirilməyi təklif edilir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze bildirib. 

O qeyd edib ki, növbəti iclaslardan birinə Mərkəzi Asiya ölkələrini dəvət etmək olar:

“Biz bundan sonrakı iclaslarımızı 3+5 formatında keçirə bilərik”- deyə o qeyd edib.

Qeyd edək ki, üç ölkə arasında on birinci üçtərəfli iclası Gürcüstanda keçiriləcəyi planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir