
Bakı. Trend:
Bu ilin yanvar ayında SOCAR CAPE-in ixracdan əldə etdiyi
gəlirlər 32,6 min ABŞ dolları təşkil edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın
fevral nəşrinə istinadən xəbər verir.
Yanvar ayında gəlirlərlə bağlı məlumatlar dərc olunmamışdı.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium”
MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC”
MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli
Cəmiyyəti.

