
Bakı.Trend:
Transadriatik Qaz Boru Kəməri (TAP) konsorsiumu Albaniyanın “Albania Gas Service Company” (AGS Co) şirkəti ilə texniki xidmət
üzrə müqavilənin uzadıldığını təsdiqləyib.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.
“Konsorsiumdan verilən məlumata görə, dövlət şirkəti Albgaz və
İtaliyanın “Snam” şirkətinin birgə müəssisəsi olan “AGS Co” növbəti
beş il ərzində Albaniya ərazisində TAP-ın texniki xidmətini həyata
keçirməyə davam edəcək”, – müqavilənin detalları barədə
danışılarkən qeyd olunub.
Albaniyaya qaz tədarüklərinə münasibət bildirən konsorsium
xatırladıb ki, 2021-ci il bazar testi çərçivəsində bu ölkədə qazın
çıxış nöqtəsi üçün ilk dəfə ötürmə gücü bron edilib.
“TAP bazar testinin nəticələrinə uyğun olaraq Albaniyada qaz
çıxışı üçün bron edilmiş gücləri texniki baxımdan təmin etməyə
hazır olacaq. Qaz tədarüklərinin faktiki başlanması TAP-ın
səlahiyyətlərinə daxil deyil, buna görə də bu barədə şərh verə
bilmərik”, – deyə konsorsiumdan bildirilib.
Qeyd edək ki, Transadriatik qaz boru kəməri Xəzər dənizinin
Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii
qazı Avropaya nəql edir.
Cənub Qaz Dəhlizinin son halqası olan TAP mövcud və perspektiv
interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz
tədarükünü təmin edir. Qaz kəməri 2022-ci ilin oktyabrında
kommersiya istismarına başlayan Yunanıstan–Bolqarıstan
interkonnektoru (IGB) ilə birləşdirilib və bununla da Xəzər qazının
Bolqarıstana çatdırılması təmin olunub.
Daha əvvəl bildirilib ki, 2021-ci il bazar testinin nəticələrinə
əsasən, 2026-cı ildən etibarən TAP-ın uzunmüddətli ötürmə
qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılıb. Bu həcmin 1,04
milyard kubmetri İtaliyaya, 0,16 milyard kubmetri isə Albaniyaya
tədarüklər üçün bron edilib.
Cənub Qaz Dəhlizinin son halqası olan TAP mövcud və perspektiv
interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz
tədarükünü təmin edir. Qaz kəməri 2022-ci ilin oktyabrında
kommersiya istismarına başlayan Yunanıstan–Bolqarıstan
interkonnektoru (IGB) ilə birləşdirilib və bununla da Xəzər qazının
Bolqarıstana çatdırılması təmin olunub.

