
Bakı.Trend:
İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda
bərpa işlərinə başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması
məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin
təmin olunması üçün ərazidə bərpa işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol
əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü
döşənəcək.
Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün
müvafiq işlər də həyata keçiriləcək.
Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq.

