Azərbaycanın neft sektorunun həftəlik İCMALI

Baş səhifə

Bakı. Trend:

Bu həftə Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection
and Repair Facility” qaz sızmalarının aşkar edilməsi layihəsinin
təsdiqi üçün yeni tarix açıqlayıb.

Trend Beynəlxalq İnformasiya Agentliyi
Azərbaycanın neft sektorunda bu həftə baş verən əsas hadisələrin
icmalını təqdim edir.

Layihənin təsdiq tarixi 23 apreldən 21 may 2026-cı ilə
keçirilib.

Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunan
qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan
emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə
edilməsi sahəsində potensialını gücləndirməkdir. Maliyyələşdirmənin
həcmi 15 milyon ABŞ dolları təşkil edir.

Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi bildirib ki,
cari ilin 6 aprel tarixində ölkədə istehsal olunan elektrik
enerjisinin 29 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına
düşüb.

Həmin gün ölkədə ümumilikdə 62,6 milyon kilovat-saat elektrik
enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz
bərpa olunan enerji mənbələri hesabına təmin olunub.

12,4 milyon kilovat-saat elektrik enerjisi su elektrik
stansiyalarında, 5,8 milyon kilovat-saat isə günəş və külək
elektrik stansiyalarında istehsal olunub.

Dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji hədəflərə
uyğun olaraq, Azərenerji Naxçıvan Muxtar Respublikasının enerji
infrastrukturunun əsaslı şəkildə yenilənməsi və rəqəmsal və
intellektual idarəetməyə əsaslanan müasir enerji sisteminin
yaradıldığını bəyan edib.

Qurumun məlumatına görə, layihə çərçivəsində regionun enerji
təchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154
kilovoltluq “Babək” və “Çeşməbasar” yarımstansiyaları tam yenidən
qurulur və işlər yekun mərhələyə çatıb.




Xüsusilə vurğulanır ki, “Naxçıvan” yarımstansiyası regionda ilk
dəfə qapalı tipdə inşa olunur ki, bu da təhlükəsizliyi və operativ
idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Aprelin 8-də Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiya
arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası
komissiyanın həmsədri Sahil Babayev ölkədə səfərdə olan, Serbiya
Respublikasının dağ-mədən və energetika naziri Dubravka Cedoviç
Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirib.

Görüşdə Handanoviç qeyd edib ki, 2026-cı ilin fevralında
imzalanmış və Serbiyada qazturbin elektrik stansiyasının
tikintisini nəzərdə tutan saziş regionun enerji təhlükəsizliyinin
möhkəmlənməsinə mühüm töhfə verəcək.

8 aprel tarixinə Azərbaycan təbii qazının Serbiyaya tədarükünün
həcmi 444,6 milyon kubmetrə çatıb.

Bu həftə “Azeri Light CIF”, “Urals” və “Dated Brent” markalı
neftin orta qiymətləri azalıb, “Dated Brent” üzrə isə qiymət artımı
qeydə alınıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən
“Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə
müqayisədə 6,71 ABŞ dolları və ya 5% azalaraq 1 barel üçün 126,5
ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazası
üzrə “Azeri Light” markalı neftin orta qiyməti 1 barel üçün 121,04
ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 5,42 ABŞ
dolları və ya 4,3% azdır.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə
4,7 ABŞ dolları və ya 4,7% azalaraq bir barel üçün 95,69 ABŞ
dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 109,26 ABŞ
dolları, minimal qiymət isə 89,38 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti isə 131,80 ABŞ dolları
təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 1,66 ABŞ dolları və
ya 1,3% artım deməkdir. Həftə ərzində maksimal qiymət 144,42 ABŞ
dolları, minimal qiymət isə 124,68 ABŞ dolları olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir