
Bakı. Trend:
“Əl-Nəsr”in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu
Kriştiano Ronaldo 2030-cu il dünya kubokunda iştirak etmək ehtimalı
barədə danışıb.
Trend xəbər verir ki, 2030-cu
dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri də Portuqaliya
olacaq.
“Mən 2030-cu il dünya çempionatında oynamaq imkanından əl
çəkməmişəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkə
daha dörd il oynaya bilərəm”, – deyə DAZN sosial mediada Ronaldonun
sözlərini sitat gətirib.
2030-cu il dünya çempionatı 6 ölkədə keçiriləcək: Uruqvay,
Argentina və Paraqvay açılış matçlarına ev sahibliyi edəcək,
turnirin əsas hissəsi isə İspaniya, Portuqaliya və Mərakeşdə
keçiriləcək. Portuqaliyanın dünya çempionatında hazırkı ən yaxşı
nəticəsi 1966-cı ildə üçüncü yerdir.

