
Bakı. Trend:
Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş
silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə
çatıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar
edib.
Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi
olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.
İnsidentlə bağlı cinayət işi açılıb.
xxx
11:58
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda litseyə
silahlı hücum olub.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Təhsil müəssisəsinə odlu silahla daxil olan şəxsin ətrafa
kortəbii şəkildə atəş açması nəticəsində 7 nəfər yaralanıb.
Məlumata görə, hücumu həyata keçirən şəxs bəzi şagirdləri girov
götürüb.
Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis
və xüsusi təyinatlı dəstələr göndərilib.
Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdə olan şagirdlərin
böyük hissəsinin təxliyə edildiyi qeyd olunur.
Hazırda ərazidə hücumçunun zərərsizləşdirilməsi istiqamətində
əməliyyat tədbirləri davam etdirilir.

