
Bakı. Trend:
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları
Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin
sənəd qəbulunu elan edib.
Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun
səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə
seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edir
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel
2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək
Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı
şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Namizədə dair tələblər:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
- Namizəd ali təhsilli olmalıdır.
- Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai
mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin
məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz. - Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş
şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:
- Ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Əmək kitabçasının surəti
- Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq
olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.
Sənədlərin qəbulu üzrə məsul şəxs:
- Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq
şöbəsinin məsləhətçisi)
Əlaqə vasitələri:
Qeyd edilib, İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından
səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin
Yayım Şurası seçir.

