Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
aprelin 21-də Suriyadan repatriasiya edilən şəxslərlə görüşüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Xatırladaq ki, aprelin 21-də Suriya Ərəb Respublikasının
münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan
Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata
keçirilib.




Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin
müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş
keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

Vurğulanıb ki, görüş zamanı repatriantların ehtiyacları və
hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin
mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı
məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir