
Bakı. Trend:
İsrail ordusu ötən gecə ölkənin şimalına hədəflənmiş raket
atəşinə cavab olaraq Livanın cənubundakı iki bölgədə “Hizbullah”
hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, zərbələr “Livanın cənubundakı Xerbet-Selem və
Tulin bölgələrində yerləşən ‘Hizbullah’a məxsus hərbi infrastruktur
obyektlərinə” endirilib.
“IDF İsrail vətəndaşlarına və əsgərlərinə qarşı təhdidlərə qarşı
qətiyyətli addımları davam edəcək”, – IDF mətbuat xidmətinin
açıqlamasında vurğulanıb.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2
martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda
ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra “Hizbullah”ın
İsrailə raket hücumları ilə genişlənib. Son məlumatlara görə,
İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində
Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün
düşüb. İsrail isə minlərlə “Hizbullah” döyüşçüsünün
zərərsizləşdirildiyini bildirir. “Hizbullah” isə İsrailə minlərlə
raket və PUA hücumu həyata keçirib.

