
Bakı. Trend:
“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə
kapitalını azaldır.
Trend xəbər
verir ki, bu barədə BOKT özü elan edib.
Bildirilib ki, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı”
MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il
tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə
kapitalında dəyişiklik edilib.
Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may
2025-ci il tarixli 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak
hesabına artırılmış 5 000 000 manat məbləğində nizamnamə kapitalı,
əmlakın kapitaldan geri çıxarılması hesabına azaldılıb.
Buna qədər isə BOKT-un nizamnamə kapitalı 10 milyon manata
bərabər idi.
BOKT-un qanuni təmsilçisi İsgəndərov Samir Xangiz oğludur.

