Polşa MiQ-29 qırıcılarının utilizasiyasına başlayır

Baş səhifə

Bakı.Trend:

Polşa Ukraynaya verilməsi planlaşdırılan MiQ-29 qırıcılarını
tədricən istismardan çıxaracaq.

Bu barədə “Wirtualna Polska” portalı öz mənbələrinə istinadən
yazıb.

Məlumata görə, Varşava ilə Kiyev arasında razılaşma Ukraynanın
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş
tutmayıb.




“Biz Ukraynaya pilotsuz uçuş aparatları texnologiyalarının
ötürülməsi ilə bağlı konkret təklif təqdim etmişdik. İlkin
mərhələdə bu sahədə razılıq əldə olunmuşdu. Lakin hazırda Ukrayna
həmin razılaşmanı yerinə yetirmir”, – deyə Polşanın müdafiə naziri
Vladislav Kosinyak-Kamış bildirib.

Portal qırıcıların istismardan çıxarılacağı tarixi
açıqlamayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir