Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Ermənistanda ölkədən kənarda daimi yaşayan vətəndaşların
seçkilərdə səs verməsi qadağan edilib.

Erməni KİV-in məlumatına görə, müvafiq dəyişikliklər parlament
tərəfindən Seçki Məcəlləsinə ikinci və yekun oxunuşda qəbul
edilib.




Beləliklə, parlament seçkilərində və referendumlarda yalnız son
730 günün ən azı 366 gününü daimi olaraq Ermənistanda yaşamış
Ermənistan vətəndaşları iştirak edə biləcəklər. Bu tələb növbəti
seçkilərdən 48 gün əvvəl, növbədənkənar seçkilərdən isə 28 gün
əvvəlki tarixə olan vəziyyət üzrə yerinə yetirilməlidir.

Dəyişikliklərin müəllifləri Baş nazir Nikol Paşinyanın rəhbərlik
etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarıdır. Onlar bu
qərarı onunla əsaslandırıblar ki, xaricdə daimi yaşayan vətəndaşlar
çox vaxt ölkədaxili siyasi vəziyyət barədə kifayət qədər məlumatlı
olmurlar və ya yaşadıqları dövlətin siyasi gündəminin təsiri
altında ola bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir