
Bakı. Trend:
Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq
Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Əli Tekin uzun illər ərzində Azərbaycanın Böyük
Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi
istiqamətində böyük xidmətlər göstərib.
“Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına,
Azərbacan – Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr
hər zaman ehtiramla xatırlanacaq”, – deyə məlumatda qeyd
edilib.

