
Bakı. Trend:
Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi
yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı
yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
sel keçəcəyi ehtimal olunur.

