Məzunlar üçün yeni tələblər təsdiqləndi

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil
müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər
dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris
dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Trend-in əldə
etdiyi məlumata görə, qaydalarda VIII-XI siniflər üzrə müsahibənin
hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, VIII-XI siniflər üzrə müsahibə zamanı şagirdin
tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında
qiymətləndiriləcək:

  • dinləyib-anlama bacarığı

Şagird dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə
(şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.)
görsəlləşdirməli, dinlədiyi mətndəki fakt və fikirləri
ümumiləşdirərək nəticə çıxarmalı, dinlədiyi məlumatları şəxsi
bilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə etməlidir.




  • oxu bacarığı

Şagird kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin,
atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyən
etməli, mətndəki fakt və arqumentlər arasındakı uyğunluğu
(uyğunsuzluğu) müəyyən etməklə əsaslandırmalı, oxuduğu mətndəki
məlumatları digər mənbələrlə müqayisə etməli, müəllif yanaşmasına
münasibət bildirməlidir.

  • danışma bacarığı

Şagird məlumatları ümumiləşdirərək mətn qurub danışmalı,
səslənən fikirlərə münasibətini ifadə etmək üçün arqument və
əks-arqumentlər gətirməli, şifahi nitqində orfoepiya, fonetik,
leksik normalara əməl etməli, zəngin söz ehtiyatı nümayiş
etdirməli, nitq prosesində danışığı (səs tonu və intonasiya) ilə
ifadə tərzini (duruş, jest, mimika) uzlaşdırmalı, monoloji
çıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirməlidir.

  • yazı bacarığı

Şagird mətni strukturlaşdırarkən onun forma və məzmun
xüsusiyyətlərini nəzərə almalı və yazısında ədəbi dilin normalarına
riayət etməli, sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt,
protokol və s.) tərtib etməli, müxtəlif fənlər üzrə biliklərindən
istifadə etməklə polemik xarakterli mətnlər yazmalıdır.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar
toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal
müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird
müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin
nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron
kabinetə göndərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir