
Bakı. Trend:
“Fənərbaxça” mövsümün sonunda bir neçə futbolçu ilə yollarını
ayıracaq.
Trend Türkiyə
mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Edson
Alvarezlə yoluna davam etməyəcəyinə qərar verib.
Belə ki, yayda “Fənərbaxça” meksikalının transfer hüquqlarına
sahib çıxmaq niyyətində deyil. Meksika millisinin üzvü yayda “Vest
Hem”ə geri qayıdacaq.
Alvarez “Amerika”, “Ayaks” klublarında oynadıqdan sonra 2025-ci
ildə “Vest Hem”ə keçib. Edsonun müqavilə müddəti 2028-ci il iyunun
30-na qədərdir.

