"Referans Medical Group" ilə "Novo Nordisk Azərbaycan" arasında strateji müqavilə imzalanıb

Baş səhifə

Azərbaycanda çəki idarəetməsi sahəsində yeni mərhələyə start verilib.

Modern.az xəbər verir ki, müasir yanaşmalara əsasən, artıq çəki və piylənmə xroniki tibbi vəziyyət kimi qiymətləndirilir və kompleks, uzunmüddətli idarəetmə tələb edir.

Bu istiqamətdə “Referans Medical Group” və “Novo Nordisk Azərbaycan” arasında strateji müqavilə imzalanıb. Müqavilə çərçivəsində ixtisaslaşmış piylənmə mərkəzlərinin yaradılması və multidissiplinar yanaşmaya əsaslanan müalicə modelinin tətbiqi nəzərdə tutulur.

Layihənin əsas məqsədi çəki idarəetməsinə sistemli yanaşmanı gücləndirmək, pasiyentlərə davamlı və effektiv tibbi dəstək təmin etməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir