Azərbaycan və Özbəkistan Mərkəzi Bankları əməkdaşlığı genişləndirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında pul siyasəti
çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə
olunub.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi
Bankında işgüzar səfərdə olub.




Səfər çərçivəsində keçirilən görüşlərdə pul siyasətinin strateji
və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi, həmçinin pul
siyasətinin kommunikasiyası üzrə təcrübə mübadiləsi aparılıb. Eyni
zamanda yeni çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin
daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə olunub.

Görüşlərdə həmçinin analitik potensialın gücləndirilməsi üçün
görüləcək işlər və gələcəkdə əməkdaşlığın davam etdirilməsi
istiqamətləri üzrə təkliflər səsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir