Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb

Baş səhifə

Bakı. Trend:

Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali
köçürülsə də, fundamental işlər aparılmalıdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban
Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Badamdar–Bibiheybət tərəfdə bərkitmə işləri
üçün tədqiqat aparılması ilə bağlı tapşırıq verilib. Tədqiqatlardan
sonra bərkitmə işləri də aparılacaq.




Qurban Yetirmişli həmçinin qeyd edib ki, bina tikintisində
təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir:

“Kahramanmaraşa getdik, orada işlədik. Düşünürəm ki, bu zəlzələ
bütün dünyaya bir dərsdir. O mənada ki, tikinti aparanda elə
aparmalısan ki, gələcəkdə seysmik risk minimuma ensin, güclü
dağıntılar və insan tələfatı olmasın”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir