Mənzil böhranı qlobal xarakter daşıyır və sistemli həllər tələb edir – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı. Trend:

Mənzil böhranı qlobal xarakter daşıyır və onun həlli üçün
sistemli yanaşma, siyasətlərin gücləndirilməsi və ölkələrə dəstək
vacibdir.

Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) ikinci günü çərçivəsində rəsmi açılış mətbuat
konfransında deyib.

O bildirib ki, hazırda “World Cities Report” çərçivəsində mənzil
məsələlərinə həsr olunmuş xüsusi hesabat hazırlanır və bu sənəddə
şəhər və ölkələrin mənzil probleminə yanaşmaları geniş şəkildə əks
olunur.

Rossbax qeyd edib ki, BMT-nin “Local 2030” platforması
çərçivəsində 14–15 təşkilat, yerli və regional hökumətlər, özəl
sektor və vətəndaş cəmiyyəti ilə birgə yerli həllərin toplanması və
paylaşılması istiqamətində iş aparılır.




Onun sözlərinə görə, yaradılan platforma vasitəsilə müxtəlif
ölkələrdən toplanan təcrübələr bir mərkəzdə birləşdirilir və üzv
dövlətlərin istifadəsinə təqdim olunur.

UN-Habitat icraçı direktoru bildirib ki, təşkilat həm normativ
yanaşmaların formalaşdırılması, həm də texniki dəstəyin
göstərilməsi istiqamətində mühüm rol oynayır.

O əlavə edib ki, mənzil böhranı bütün dünyada eyni əsas
problemlərlə xarakterizə olunur: qeyri-adekvat şəraitdə yaşayan
insanlar, küçələrdə yaşayan əhali və mənzil almaq və ya kirayələmək
imkanından məhrum olan qruplar.
Bununla yanaşı, o vurğulayıb ki, hər ölkənin sosial, iqtisadi,
mədəni və institusional xüsusiyyətləri fərqlidir və bu səbəbdən
həllər də lokal şəraitə uyğunlaşdırılmalıdır:

“Məqsəd ölkələrə uyğun hüquqi çərçivələrin, milli siyasətlərin,
şəhər planlarının və maliyyə sistemlərinin formalaşdırılmasına
dəstək göstərməkdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir