
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçiriləcək təkbətək görüşün əsas mövzuları Ukrayna, İran və ABŞ ilə münasibətlər olacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular – Ukrayna, İran, ABŞ ilə münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.
Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, çünki Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.

