
Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin
üzərindəki metal qurğular oğurlanıb.
Trend xəbər
verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu
məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

