
Bakı.Trend:
Avropa İttifaqı antiinhisar araşdırmasının yekunlarına əsasən, “Google” şirkətini yüz milyonlarla avro məbləğində cərimələməyi
planlaşdırır.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Müvafiq qərarın hazırlanması yekun mərhələdədir və onun yay
tətili başlamazdan əvvəl elan olunması planlaşdırılır. Nəşr qeyd
edir ki, “Google” üçün nəzərdə tutulan cərimə indiyədək Aİ-də
Rəqəmsal Bazarlar Aktının (DMA) pozulmasına görə tətbiq olunan ən
iri məbləğli cərimə olacaq.
2025-ci ilin martında rəsmi şəkildə başladılan araşdırma “Google”un axtarış nəticələrinin sıralanması praktikasını əhatə
edib. Şirkət axtarış nəticələrində öz xidmətlərinə üstünlük
verməkdə və bununla da DMA-nı pozmaqda ittiham olunur.

