Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri
çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo
Rangel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli
münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən
siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə
aparılıb.

Tərəflər iki ölkə arasında siyasi təmasların və qarşılıqlı
səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıblar. Bu çərçivədə iqtisadiyyat, ticarət,
investisiya, yaşıl enerji və digər sahələr üzrə əməkdaşlığın
genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Nazirlər qarşılıqlı şəkildə diplomatik təmsilçiliyin səfirlik
səviyyəsinə artırılması qərarlarını məmnunluqla qeyd ediblər.

Eyni zamanda, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq
məsələlərinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətin və seçkili orqanlara namizədliklərə dəstəyin
əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və
beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət ətrafında fikir
mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir