
Bakı.Trend:
2025-ci ilin iyulunda neft tankeri ilə əlaqədar İranda
saxlanılan on hindistanlı dənizçi davamlı diplomatik təmaslar
nəticəsində azad edilib.
Trend xəbər verir
ki, bu barədə “Times of Israel” Hindistanın gəmiçilik qurumlarına
istinadən xəbər verir.
Hindistanın Gəmiçilik üzrə Baş Direktorluğunun bəyanatında
bildirilir ki, MV Harbour Phoenix gəmisində olan dənizçilər
“2025-ci ilin iyulunda gəminin Cask limanı yaxınlığında
saxlanılmasından sonra İranda tutulub, həbs edilib və həbsxanaya
yerləşdirilib.
“Dənizçilər artıq azad olunub və təhlükəsiz şəkildə bir araya
gəliblər”, – deyə gəmiçilik qurumu qeyd edib.
Ekipaj üzvlərinin ən qısa zamanda Hindistana qaytarılması üçün
zəruri tədbirlərin görüldüyü bildirilir.

