AİB Azərbaycanın iştirakı ilə dayanıqlı infrastruktur üzrə layihəni nəzərdən keçirir

Baş səhifə

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə dayanıqlı
infrastruktur və adaptasiya strategiyaları üzrə regional layihəni
nəzərdən keçirir.

Trend bu barədə
banka istinadən məlumat verir.

Layihə həmçinin Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Pakistan, Türkmənistan, Özbəkistan, Türkiyə və digər ölkələri əhatə
edir. Maliyyələşmənin 800 min dollar məbləğində Xüsusi Texniki
Yardım Fondu vasitəsilə gerçəkləşməsi gözlənilir.

Hazırkı mərhələdə layihənin digər təfərrüatları açıqlanmır.




Qeyd edək ki, ümumilikdə AİB-in 2025-ci ildə Azərbaycan
qarşısında öhdəliklərinin həcmi 58,8 milyon dollar təşkil edib.

Bundan əlavə, 2025-ci ildə bank Azərbaycanla 2029-cu ilədək
dövrü əhatə edən yeni tərəfdaşlıq strategiyasını təqdim edib.

Analitik fəaliyyətə, innovasiyalara və katalitik
maliyyələşdirməyə əsaslanan strategiya “yaşıl” və şaxələndirilmiş
artımın təmin edilməsinə, aşağı karbonlu qarşılıqlı bağlantıların
inkişafına və yüksək əlavə dəyərə malik sahələrin təşviqinə
yönəlib. Strategiya həmçinin daha rəqabətə davamlı iqtisadiyyatın
formalaşdırılması məqsədilə ixtisaslı işçi qüvvəsinin inkişafı da
daxil olmaqla, Azərbaycanın milli prioritetlərinin həyata
keçirilməsinə dəstəyi nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir