
Bakı. Trend:
“Neftçi” yeni mövsüm üçün ilk transferini
gerçəkləşdirib.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi “Şamaxı”dan ayrılan Rüfət Abbasovu heyətinə
qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O,
komandada 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun
akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə
cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı”
klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda
meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

