
Bakı. Trend:
Mingəçevirdə ana və azyaşlı övladını avtomobil vurub.
Trend-in
məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində baş
verib.
Belə ki, İbrahim Şükürlünün idarə etdiyi “BMW” markalı avtomobil
yolu keçən piyadalar – 28 yaşlı Türkan Nəsirova və onun 2 yaşlı
oğlunu vurub.
Hadisə nəticəsində xəsarət alan ana və övladı xəstəxanaya
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

