
Bakı. Trend:
İyunun 2-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Boston
Consulting Group” (BCG) şirkəti arasında “Xəzər Regionunda Metan
Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” (Caspian Methane
Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair
Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin
idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri
imzalayıblar.
Qeyd edək ki, 4 iyun 2025-ci il tarixində “Bakı Enerji Forumu”
çərçivəsində SOCAR “BCG” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində,
2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi
istiqamətində fəaliyyəti sürətləndirmək üçün “Xəzər Regionunda
Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” təşəbbüsünü
irəli sürüb.
Təşəbbüs Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə
əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat və araşdırmaların
aparılması, metan emissiyalarının azaldılmasına yönəlmiş birgə
layihələrin icrası, qarşılıqlı bilik mübadiləsi və effektiv
təcrübələrin tətbiqi, Xəzər regionunda neft-qaz əməliyyatları
zamanı emissiya azaldılması tədbirlərinin təşviq edilməsi məqsədi
daşıyır.

