
Bakı. Trend:
Mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21
yaşadək futbolçulardan ibarət Azərbaycan millisinun heyətinə yeni
oyunçu cəlb olunub.
AFFA-dan Trend-ə verilən məlumata görə, Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21
millinin düşərgəsinə qoşulub.
18 yaşlı sol cinah yarımmüdafiəçisi 2025/2026-cı illər
mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə
19 oyun keçirib, 2 qol vurub.
U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da
isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı
yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin
formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il
martın 3-də Azərbaycanda anadan olub.

