
Bakı. Trend:
2025-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların
sayı 877 nəfər olub. Bu göstərici 2024-cü illə müqayisədə 402 nəfər
azalaraq 1279-dan 877-yə düşüb.
Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Regionlar üzrə statistikaya əsasən, 18 yaşınadək analar
tərəfindən doğulan uşaqların sayı Bakıda 41, Naxçıvanda isə 24
nəfər təşkil edib.
İqtisadi rayonlar arasında ən çox erkən uşaq doğumu Qarabağ və
Mərkəzi Aran rayonlarında qeydə alınıb. Belə ki, bu zonaların hər
birində 126 fakt qeydə alınıb. Ən aşağı rəqəm isə Şərqi Zəngəzur
iqtisadi rayonundadır. 2025-ci ildə burada cəmi isə 18 yaşınadək
analar tərəfindən 13 doğum qeydə alınıb.
Qeyd edək ki, erkən evliliklərin statistikası məhz 18 yaşınadək
analar tərəfindən doğulan uşaqların sayı əsasında müəyyən
edilir.

