
Bakı. Trend:
İsrail və Livan hərbi rəsmiləri mayın 29-da Vaşinqtonda
məhsuldar danışıqlar aparıblar və görüşün qarşıdan gələn diplomatik
müzakirələri tamamlayacağını bəyan ediblər.
Trend xəbər
verir ki, bu barədə Pentaqonun ikinci rəhbəri Elbric Kolbi X-də
bildirib
“Gələn həftə Dövlət Departamentinin rəhbərlik etdiyi siyasi
müzakirələrə imkan verəcək məhsuldar hərbi müzakirələr apardıq”, –
deyə o bildirib.
Qeyd edək ki, bu, İsrail və Livan hərbi rəsmiləri arasında
onilliklər ərzində ilk görüş olub.
Kolbi bildirib ki, Amerika Birləşmiş Ştatları tərəflərlə
tezliklə yenidən görüşməyi gözləyir.
Pentaqonda keçirilən görüş, ABŞ və İran arasında davam edən
danışıqlar fonunda baş tutub.

