Gələn həftə ölkə üzrə 4-cü və 6-cı siniflərin monitorinqi aparılacaq

Baş səhifə

Bakı. Trend:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil
İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində
isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil
müəssisələrində monitorinq təşkil olunacaq.

Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, IV siniflərdə monitorinq tədris dili və riyaziyyat
fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və
riyaziyyat fənləri üzrə aparılacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq
yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb
olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual,
VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq
yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni
üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli
tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə
sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların
cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.




Paytaxt məktəblərində 99 minə yaxın şagird monitorinqə cəlb
olunacaq. Paytaxt üzrə monitorinq üçün ayrılan 112 imtahan
mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 49 mindən çox IV sinif
şagirdi, 49 mindən çox VI sinif şagirdi biliyini sınayacaq. Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə
ümumilikdə 7 344 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı
nəzərdə tutulur.

Qeyd edək ki, monitorinq nəticələri şagirdlərin summativ
qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə
keçmələrinə təsir göstərmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir