
Bakı. Trend:
23 – 26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin
nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.
Trend xəbər
verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəllimlər şəxsi kabinetlərinə daxil olaraq
nəticələrlə tanış ola bilərlər.
Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla
ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.
Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin
yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər
yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin
olunacaqlar.
Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların
şəxsi səhifələrinə göndəriləcək.

