Bakıya yağış yağacaq

Baş səhifə

Bakı. Trend:

İyunun 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir
yağış yağacağı gözlənilir.

Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən
yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var.

Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim
şimal-qərb küləyi əsəcək.




Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %,
gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə
arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti,
dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir